Türkiyə və Qırğızıstan arasında 12 sənəd imzalanıb

02 September 2018
feature-top

Qırğızıstan və Türkiyə 10-dan çox sənəd imzalayaraq ikitərəfli əməkdaşığı gücləndirib. Milli.Az Trend-ə istinadən bildirir ki, imzalama mərasimi "Ala-Arça" dövlət iqamətgahında, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstana rəsmi səfəri çərçivəsində baş tutub. İmzalanan 12 sənəd mədəniyyət, tibb, təhsil, hərbi, iqtisadi, gömrük, aviasiya və digər sahələrə aiddir.