Bakıda 3 ayda 15 mindən çox yeni iş yeri açılıb

02 September 2018
feature-top

Bu ilin ikinci rübündə paytaxtda 15 min 85 yeni iş yeri açılıb. Milli.Az bildirir ki, Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabatda belə deyilir. Bildirilir ki, açılan iş yerlərinin hamısı daimidir. Hesabatda o da vurğulanır ki, göstərilən müddətdə açılan iş yerləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,5 faiz azalıb.